Bu məhkəmə işinə “Əsrin məhkəməsi” adı verilmişdi. Belə ki, O.C.Simpson adlı şəxs 1994-cü ildə keçmiş həyat yoldaşı Nikol Braun Simpson və rəfiqəsi Ron Qoldmanın qətlinə görə 2 cinayət tərkibi ilə ittiham edilirdi.
Bütün ölkənin gözü bu məhkəmə prosesində idi (95 milyon insan bu prosesi canlı izləyirdi). Məşhur müttəhim o vaxtlar “arzuların komandası” adlandırılan yüksək səviyyəli vəkil heyəti ilə təmsil olunurdu və məhkəmədə indiyədək görülməmiş sayda media nümayəndəsi yer alırdı. Məhkəmə işinin əhatə dairəsi o qədər geniş idi ki, 11 aya qədər davam edən məhkəmə prosesində bir neçə dəfə təxirə salınmalar və gecikmələr yaşanmışdı.
Məhkəmənin işi şahidlərin öz ifadələrini mətbuata satmağa başlamasından sonra daha da çətinləşdi. Münsiflər heyətini seçmək də çox mübahisəli məsələyə çevrilmişdi, çünki Simpsonun işinin gecə-gündüz işıqlandırılması bu cinayət işində tərəfsiz qala bilən münsifləri tapmağı daha da çətinləşdirirdi.
Məhkəmə prosesinin “Court TV” və digər xəbər agentlikləri tərəfindən televiziyada yayımlanması Amerika xalqını da məhkəmə zalına gəlməyə təşviq etmişdi. 1 ay davam edən uzun məhkəmə iclaslarından və ziddiyyətli şahid ifadələrindən sonra Simpson cinayətlərdə təqsirsiz elan edildi. Bu qərar xalq arasında böyük təəccüblə qarşılandı. Şəhərin afroamerikalı əhalisi qərarın ədalətli olduğunu müdafiə etsə də, ağdərililərin əksəriyyəti bunun yanlış olduğunu və əksəriyyəti afroamerikalı münsiflərdən ibarət olan məhkəmə tərkibinin irqi ayrı-seçkilik etdiyini düşünürdü.
Bununla birlikdə, Xanım Braun və Qoldmanın ailələri tərəfindən 1997-ci ildə yenidən açılan məhkəmə işində Simpson hər iki qətldə təqsirli hesab edildi. Ailələrə ödənilməsi üçün ümumilikdə 33,5 milyon dollar təzminat hesablansa da, onlar bunun çox az hissəsini ala bildilər.