Xarici məhkəmə qərarları

“ProDemos-Xalq üçün” əhalidə hüquq düşüncəsinin formalaşdırılmasını, həmçinin xarici məhkəmələrin qərarlarının sadə izahlarının təqdim ediməsi ilə həyata keçirir. Bu pəncərədə siz müxtəlif ölkələrin məhkəmə qərarları ilə tanış ola, o cümlədən suallarınızı şərh bölməsində qeyd etməklə bizə ünvanlaya bilərsiniz.

Ekstrasenslere qarsi iddia Rusiya

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması vədlərini vermişdir. Tərk edilmiş kişi isə bu şansı əldən verməmək qərarına gələrək

Davamını oxu »
Meymun oz muelliflik huquqlari ugrunda mubarize aparir ABS

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun özü tərəfindən çəkilmişdir və şəkillərin müəllifi odur. “PETA”ya görə, Narutonun bu selfilər

Davamını oxu »
Iddia rekordcusu Ginnesin Rekordlar Kitabini da mehkemeye verib ABS

İddia rekordçusu Ginnesin Rekordlar Kitabını da məhkəməyə verib (ABŞ)

Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb. O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu, qonşusunu, nişanlısını, hakimləri, bir çox məşhur şirkətləri, hətta Corc Buş və Britni

Davamını oxu »
Bitisik ekizleri ayiran mehkeme isi Ingiltere

Bitişik əkizləri ayıran məhkəmə işi (İngiltərə)

İngiltərədə doğulan bitişik əkizlər Qreysi və Rozi doğumları ilə valideynlərini çətin bir qərarla üz-üzə qoymuşdular. Belə ki, körpələrin sağlamlıq vəziyyətini dəyərləndirən həkimlər onları cərrahi yolla ayırmağa qərar vermiş, lakin valideynlər bu qərara birmənalı şəkildə qarşı çıxmışdılar. Çünki Rozi qan üçün yetərli oksigeni Qreysidən alırdı. Əgər əməliyyat baş tutsa idi, Qreysinin sağ qalma şansı 94% olacaq, Rozi isə Qreysidən asılı olduğu üçün öləcəkdi. Beləliklə, valideynlər ya onları ayıraraq onlardan birinin sağ qalmasına, ya

Davamını oxu »
Korpesini evde ac qoyub tetile cixan ana omurluk azadliqdan mehrum edildi ABS

Körpəsini evdə ac qoyub tətilə çıxan ana ömürlük azadlıqdan məhrum edildi (ABŞ)

ABŞ-nin Ohayo ştatında 16 aylıq körpəsini evdə qoyub tətilə çıxan Kristel Kandelario (32 yaş) körpəsinin ölümünə səbəb olduğu üçün ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2023-cü ilin iyun ayında 16 aylıq körpə qızı Jailini Klivlenddəki evində tək qoyan və təxminən 10 günlük bir tətilə çıxan Kandelario qayıdanda körpəsini aclıq və susuzluqdan ölmüş halda tapmışdır. Şəhər prokurorluğundan verilən açıqlamada Ohayodan olan ananın qızını evdəki oyuncaqlarla dolu otağa kilidlədiyi və əvvəlcə Detroitə, sonra isə

Davamını oxu »
Yangin qorxusu olan yanginsondurenin mehkeme isi ABS

Yanğın qorxusu olan yanğınsöndürənin məhkəmə işi (ABŞ)

“Hyuston şəhəri Prolerə qarşı” məhkəmə işi əmək mübahisələri ilə bağlı dünyada ən məşhur işlərdən biridir. ABŞ-də yanğınsöndürən olaraq çalışan Shayn Proler adlı şəxs karyerasına həvəslə başlasa da, sonradan böyük bir problem – qəfildən yaranan yanğın qorxusu ortaya çıxmışdır. Şəhərdə baş verən güclü yanğın zamanı o, alovdan qorxduğunu bildirərək yaşayış binasına daxil olmaqdan imtina etmişdir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra yanğınsöndürən xəstəxanaya yerləşdirilmiş, ona amneziya diqanozu qoyulmuşdur. İşəgötürən isə artıq vəziyyəti

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.