04.07.2022 – 09.07.2022-ci il tarixlərində Erkin Qədirlinin təqdimatında “Hüququn fəlsəfi problemləri” mövzusunda master-klas keçirilmişdir. Tədbirdə iştirakçılarla hüquq elmindəki ontoloji, epistemoloji, fenomenoloji, etik problemlər və məntiqi problemlər müzakirə olunmuş, sonda iştirak edən şəxslərə sertifikat təqdim edilmişdir.

“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib
6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və “ProDemos – Xalq üçün”ün birgə təşkilatçılığı ilə həyata keçirilən “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib. ADA Universitetində keçirilən açılış