18-20 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyi və “ProDemos-Xalq” layihəsinin birgə təşkilatçılığı ilə “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” mövzusunda silsilə təlimlər baş tutmuşdur. Təlimlərdə iştirakçılar açıq hökumət prinsipləri, bu sahədə həyata keçirilən tədbirlər, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsi, ictimai iştirakçılığın artması və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq kimi mövzularda ətraflı məlumat əldə etmişdirlər.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilmişdir.