Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müraciətdə qeyd edilmişdir ki, təcrübədə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətinin yaranıb-yaranmaması mübahisəlidir. Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, cəlb edən şəxs üçün Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Çünki maddənin dispozisiyasında “yetkinlik yaşına çatmayan” anlayışından istifadə edilmişdir və qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayanlar 18 yaşınadək olan şəxslərdir.

Digər yanaşma isə ondan ibarətdir ki, Cinayət Məcəlləsinin 170-ci maddəsinin dispozisiyasında əks olunan “yetkinlik yaşına çatmayan” özü cinayət törətmiş şəxsdir. Buna görə də cinayət törətmiş “yetkinlik yaşına çatmayan” şəxsin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə istinad etmək lazımdır ki, həmin maddəyə əsasən də cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu halda şəxs Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdiyinə görə cinayətin icraçısıdır və yalnız törədilmiş cinayətin icraçısı olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin obyekti, ictimai təhlükəliliyi və törədilmə üsulları bu əməl nəticəsində nəinki cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatan şəxslərə, həmçinin 14 yaşına çatmayan şəxslərə də birbaşa mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını mümkün edir. Hətta 14 yaşına çatmayan uşaqların psixi, emosional və intellektual inkişaf baxımından 14 yaşına çatmış uşaqlar ilə müqayisədə daha həssas olması və daha zəif iradəyə malik olması həmin əməlin onlara qarşı törədilməsini daha yüksək ictimai təhlükəli edir. Qeyd olunanlar nəzərə alınaraq, Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.

İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 6 may 2024-cü il tarixli Qərarı.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Ekstrasenslərə qarşı iddia (Rusiya)

Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək  təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması

Davamını oxu »

Meymun öz müəlliflik hüquqları uğrunda mübarizə aparır (ABŞ)

“Naruto Slaterə qarşı” işində Naruto adlı meymun təbiət fotoqrafının kamerası ilə çəkdiyi selfilərin müəlliflik hüquqlarının pozulması əsası ilə fotoqrafı məhkəməyə vermişdir. Mübahisə isə fotoqraf David Slater və nəşriyyat şirkəti “Wildlife Personalities” şirkətinin meymun selfilərini albom şəklində nəşr etdirməsi ilə başlamışdır. Narutonun təmsilçisi “PETA” şirkəti isə iddia edirdi ki, selfilər Slaterin köməyi olmadan bir sıra məqsədyönlü və könüllü hərəkətləri nəticəsində Narutonun

Davamını oxu »

“Ərimlə birgə iştirak etdiyimiz oyunların nəticəsində əldə etdiyimiz pul ümumi mülkiyyətimiz hesab olunurmu?”

Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Həmçinin Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.