“ASAN Növbə” mobil tətbiqi ASAN Xidmət mərkəzlərində əvvəlcədən onlayn növbə tutulması imkanının yaradılması məqsədilə hazırlanmışdır. Qeydiyyatdan keçdikdən sonra tətbiq vasitəsilə istifadəçinin həm özü, həm də digər şəxslər (“əlaqələr”) üçün növbə götürməsi mümkündür.
Tətbiqdən istifadə ilə bağlı diqqət yetirilməli olan bəzi məqamlar vardır. Belə ki:
1) Adıçəkilən “əlaqələr”in sayı 5-dən artıq ola bilməz;
2) Bir mobil cihazdan 30 gün ərzində ümumilikdə 10-dan artıq şəxs əlavə oluna bilməz;
3) Müvafiq gün üzrə bir şəxs tərəfindən yalnız 5 növbə götürülməsi mümkündür;
4) Tətbiq vasitəsilə eyni xidmət üzrə 2 dəfə növbə götürüb yaxınlaşmadıqda və ya imtina etdikdə həmin gün üçün təkrar növbə götürmək məhdudlaşdırılır;
5) Müvafiq xidmət üzrə aktiv növbəsi olan şəxs həmin xidmət üzrə təkrar növbə götürə bilməz.
Xidmətdən istifadə ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.