“Mobil notariat” tətbiqi vasitəsilə daşınmaz əmlakınıza dair sərəncam vermək (satmaq, bağışlamaq, icarəyə vermək, və s.), o cümlədən yeni daşınmaz əmlak əldə etmək üçün notariat orqanına getmədən istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz.
Bunun üçün ilk növbədə “Mobil notariat” tətbiqini telefonunuza yükləyin və açılmış pəncərədə sizə təqdim olunan 3 qeydiyyat üsulundan birini seçərək qeydiyyatdan keçin. Açılmış pəncərədə “+” işarəsi, daha sonra “Yeni etibarnamə üçün müraciət”, ondan sonra isə “Daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamə” düyməsini sıxın. Açılmış pəncərələrdə müvafiq olaraq sizə, etibarnamə verdiyiniz şəxsə və barəsində etibarnamə verdiyiniz əmlakınıza dair məlumatları daxil edin və müraciətinizi göndərin.
Xidmətdən istifadə zamanı hər hansı sualınız yarandığı təqdirdə bizimlə əlaqə saxlaya bilərsiniz.