“Bizə saxta səslə, saxta sənədlə seçkidə iştirak lazım deyil!”

“Prodemos – Xalq üçün” layihəsinin növbəti qonağı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov olmuşdur.

Mütəxəssisimizlə 2020-ci il 9 fevral tarixində keçirilən Milli Məclisdə növbədənkənar seçki barəsində söhbət aparılmışdır. Canlı yayım zamanı həyata keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki  Komissiyasının çıxardığı qərarlardan şikayət edilməsi qaydası barəsində məlumat verilmişdir.

Mikayıl Rəhimov Mərkəzi Seçki Komissiyasının iclasında digər şəxslərin iştirakı qaydası və ləğv edilən seçki dairləri ilə bağlı görüləcək tədbirlər haqqında danışmışdır. Canlı yayım zamanı mütəxəssisimizə ünvanlanan suallar cavablandırılmışdır.

Daha ətraflı məlumat üçün canlı yayımımızı izləməyi unutmayın!

Qeyd edək ki, canlı yayım, eyni zamanda, ASAN Radionun (100 FM) efirindən də canlı yayımlanmaqdadır.

Leave a Reply

Your email address will not be published.