“COVİD-19 infeksiyasından sonra Çin bazarında ciddi durğunluq yaranacaq”

“ÇİN MALİYYƏ BAZARLARI VƏ KORONA VİRUSUN ÇİN İQTİSADİYYATINA TƏSİRİ” – mövzusunda ARB 24-ün Asiya maliyyə bazarlari üzrə eksperti Hikmət Zeynallı ilə ProDemos-da canlı yayım olmuşdur.

Mütəxəssisimiz canlı yayım zamanı Azərbaycan və Çin ticarət əlaqələrindən və koronavirus infeksiyasının bu əlaqələrə təsirindən danışmışdır. Çin iqtisadiyyatının nəhəngliyini insan kapitalında görən mütəxəssisimiz Hikmət Zeynallı yerli investorların Çin bazarına qoşulmaq üçün mövcud faktorları və Çin bazarınında baş verəcək durğunluq nəticəsində Azərbaycanlı investorlar üçün yaranacaq əlverişli şərait barəsində məlumat vermişdir.

Daha ətraflı məlumat üçün canlı yayımımızı izləməyi unutmayın!

Qeyd edək ki, yayım, eyni zamanda, ASAN Radionun (100 FM) efirindən də canlı yayımlanmaqdadır.

Leave a Reply

Your email address will not be published.