Şəxs vəsiyyətnamə qoymayıbsa, vəfat edəndə onun əmlakı kimə keçəcək?

Ölmüş şəxsin əmlakı başqa şəxslərə iki yolla keçə bilər:

• vəsiyyətnamə üzrə

• qanun üzrə

Əgər ölmüş şəxs vəsiyyətnamə qoymamışdırsa, bu zaman onun əmlakı qanunla müəyyən edilmiş şəxslərə keçəcək. Yəni vəsiyyətnamə olmadıqda qanun özü müəyyənləşdirir ki, miras kimə çatsın.

Qanun üzrə vərəsəliyin 5 növbəsi müəyyənləşdirilmişdir.

• Birinci növbə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);

• İkinci növbə – ölənin bacıları və qardaşları;

• Üçüncü növbə- həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;

• Dördüncü növbə – xalalar və bibilər, dayılar və əmilər;

• Beşinci növbə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Bu deməkdir ki, əgər ölmüş şəxsin uşaqları varsa, miras onlara çatacaq. Birinci növbədə göstərilən şəxslərdən heç biri olmazsa, miras ikinci növbədə olan şəxslərə ötürüləcək. Əgər ikinci növbədə olan şəxslər də olmazsa, miras üçüncü şəxslərə keçəcək.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.