“Mağazada mallar təsadüfən qırılsa və ya zədələnsə, bu zaman ödənişi mən etməliyəm?”

Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Alıcıya kassa və ya əmtəə çekinin və ya malın ödənildiyini təsdiq edən digər sənədin verildiyi ana qədər malın mülkiyyətçisi mağaza sahibi olan sahibkar sayılır. Lakin qeyd edilməlidir ki, maddədən də göründüyü kimi bu yalnız əmlakın təsadüfən məhv olması və ya zədələnməsi hallarına aiddir və bu zaman alıcıdan hər hansı ödənişin edilməsi tələb edilə bilməz. Lakin əks halda, yəni əgər şəxs mağazadakı malı təqsirkar hərəkəti nəticəsində qırmışdırsa və ya zədələmişdirsə, vurulan zərərin əvəzi ödənilməlidir.

Bəs hansı halda əmlak təsadüfən məhv olmuş və ya zədələnmiş sayılır?

Belə təsadüfi hallara o hallar aiddir ki, malın məhv olması və ya zədələnməsi alıcının hərəkəti ilə deyil, digər hallarla əlaqədardır. Məsələn mağazada malların düzülüşü düzgün qaydada yerləşdirilməmişdir, satıcı malların təhlükəsizliyi üçün zəruri şəraiti yaratmamışdır və s.

Bu kimi hallarda vətəndaşlar özlərini itirməməli, malların onların təqsiri olmadan qırıldığı və ya zədələndiyi hallarda haqlı səbəblərini bildirməli, öz hüquqlarını müdafiə etməlidirlər.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.