İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat məbləğində birdəfəlik müavinət təyin edilə bilər?

Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələrində işləyən mütəxəssislər 600 manat məbləğində birdəfəlik sosial müavinət ala bilərlər.

Aşağıdakı şərtlər olduqda həmin mütəxəssislərə birdəfəlik müavinət təyin olunur:

1) Mütəxəssislərlə əmək müqaviləsi bağlayan işəgötürən işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmalıdır;

2) Mütəxəssislərin əmək müqaviləsi bağladığı yer işğaldan azad olunmuş ərazidə yerləşməlidir;

3) Mütəxəssislər işğaldan azad olunmuş yerdə məskunlaşmalıdırlar.

Bəs mütəxəssislər dedikdə kimlər nəzərdə tutulur?

1) Peşə, orta ixtisas və ya ali təhsili olması ilə bağlı dövlət sənədi olan;

2) Son 60 ay ərzində fasiləli və ya son ən azı 24 ay ərzində fasiləsiz əmək stajı olan;

3) İşğaldan azad olunmuş ərazidə əmək müqaviləsi əsasında çalışan şəxslər.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Mənəvi zərərin ödənilməsi hansı hallarda tələb edilə bilər?

Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər: Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat

Davamını oxu »

“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”

Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər.  Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti

Davamını oxu »

“İmzaladığım müqavilə o qədər kiçik hərflərlə yazılmışdı ki, tam oxuya bilmədim. Bu müqavilə etibarlı sayılırmı?”

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin standart şərtləri o zaman etibarlı sayıla bilər ki, müqavilədə standard şərtlərlə bağlı ayrıca qeyd olsun, digər tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılsın və digər tərəfin həmin şərtlərlə razı oduğu və qəbul etdiyi göstərilsin. Əks halda, müqavilənin hər hansı etibarlılığı olmayacaqdır. Onu da qeyd edək ki, müqavilənin standart şərtləri dedikdə əvvəlcədən işlənib hazırlanan,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.