Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin standart şərtləri o zaman etibarlı sayıla bilər ki, müqavilədə standard şərtlərlə bağlı ayrıca qeyd olsun, digər tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılsın və digər tərəfin həmin şərtlərlə razı oduğu və qəbul etdiyi göstərilsin. Əks halda, müqavilənin hər hansı etibarlılığı olmayacaqdır.
Onu da qeyd edək ki, müqavilənin standart şərtləri dedikdə əvvəlcədən işlənib hazırlanan, dəfələrlə istifadə üçün nəzərdə tutulan, tanış olmaq üçün digər tərəfə təqdim olunan şərtlər başa düşülür. Standart şərtli müqavilələr banklar, sığorta və mobil operatorlar kimi müəssisələrin gündəlik olaraq minlərlə şəxslərlə bu cür müqavilələr bağlamasını nəzərə alaraq prosesin sürətlədirilməsi məqsədilə formalaşdırılmışdır.
İstinadlar:
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 418.1.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 417.1.
“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”
Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti