“Həkim səhvi nəticəsində xeyli miqdarda ziyana düşdüm. Hara şikayət edə bilərəm?”

Əgər siz özəl tibb müəssisəsində aldığınız xidmət ilə bağlı həkim səhvi nəticəsində hər-hansı maddi və (və ya) mənəvi cəhətdən zərər çəkmisinizsə və həmin tibb müəssisəsinin rəhbərliyinə və həkimə müraciətləriniz cavabsız qalmışdırsa, müvafiq sübutlar əlavə edilməklə, məhkəmədə maddi zərərin (əgər varsa, həmçinin mənəvi zərərin) qarşılanması ilə bağlı həm tibb müəssisəsi, həm də həkimi cavabdeh olaraq cəlb etməklə mülki iddia qaldıra bilərsiniz.

Bununla birlikdə, əgər xidmət aldığınız müəssisə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisəsidirsə, siz aidiyyatı qurum, yəni Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz. Bu halda müraciətiniz üzrə həkimin göstərdiyi xidmət ilə bağlı araşdırma aparılır və həkimin səhvi olduğu halda, onun barəsində qanunvericiliyə uyğun olaraq Nazirlik tərəfindən müvafiq hüquqi tədbirlər görülür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki hər hansı xəstəxana, poliklinikada aldığınız xidmətlə bağlı şikayətiniz olarsa, bu halda bununla bağlı TƏBİB-ə müraciət edə bilərsiniz. Qeyd edək ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-ə müraciətləri həm elektron formada (hər birinin saytında müvafiq anket yerləşdirilib), həm də poçt vasitəsilə göndərmək mümkündür.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.