Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır. Gizli reklama yol verilmir.

Pos-terminal yoxsa “kartdan-karta köçürmə”?
Yəqin ki, mağazalarda, yaxud iaşə obyektlərində ödənişin karta köçürmə vasitəsilə həyata keçirilməsi tələbi ilə qarşılaşmısınız. Bəs bu tələb qanunidirmi? Quraşdırılmış POS-terminalın sahibkarlar tərəfindən istifadə edilməməsi vergidən yayınmaq məqsədi daşıyır və son nəticədə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, kartdan-karta köçürmələrdə alıcıya çek təqdim olunmur və bununla da, o, gələcəkdə hüquqlarını tələb etmək, “ƏDV geri al” funksiyasından istifadə etmək hüququnu