Fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən vergi tutulma qaydası

2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən 10% məbləğində vergi tutulmaqdadır. Belə ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad hesab olunurdu.

Nümunə:

“A” adlı fiziki şəxs ilə “B” bankı arasında bağlanılmış əmanət müqaviləsinə əsasən, A illik 10 faiz dərəcə ilə 50.000,00 AZN məbləğində banka əmanət qoymuşdur. Bank tərəfindən depozitdən əldə olunan gəlirin (50.000,00*10%), yəni 5000 AZN-nin 10%-i (500 AZN) ödəmə mənbəyində vergi qismində tutularaq, il sonunda fiziki şəxsə 4500 AZN (5000 AZN-500AZN) məbləğində faiz gəliri ödənilməlidir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.