Cinayət törətmiş şəxslərin müdafiə hüququ

Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 12.3-cü maddəsinə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

Azərbaycan Respublikasında cinayət prosesində müdafiəçi qismində yalnız vəkillər çıxış edirlər. Maddələrdən də göründüyü kimi, törətdiyi cinayət əməlinin xarakterindən və ağırlıq dərəcəsindən aslı olmayaraq, bütün şəxslərin cinayət prosesi gedişində vəkillə təmin olunma hüquqları vardır.

Bəs dövlətlər cinayət törətmiş şəxsin müdafiə olunmaq hüququnu pozarsa, yəni şəxsi vəkillə təmin etməzsə, bunun nəticəsi nə olur?

Cinayət törətmiş şəxslərin müdafiə hüququnun dövlətlər tərəfindən təmin edilməməsi təkcə yerli qanunvericilik aktlarının deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin pozuntusu deməkdir. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.

Konvensiyanın 34-cü maddəsində isə ifadə edilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi istənilən şəxsdən dövlətlər tərəfindən Konvensiyada və ya ona dair Protokollarda nəzərdə tutulmuş hüquqlarının pozulmasını iddia edən şikayətlər qəbul edə bilər. Dövlətlər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı və Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.

Bir sözlə, əgər iştirakçı dövlətlər Avropa İnsan Hüquqları Konvensiyasında qeyd edilən cinayət törətmiş şəxsin müdafiə olunmaq hüququnu pozarsa, bu, konvensiyanın pozuntusu hesab edilir və hüquqları pozulmuş şəxs Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bu zaman Məhkəmə tərəfindən, həqiqətən də,  pozuntunun olması aşkar edilərsə, iş üzrə pozuntunu törədən dövlət üçün icrası məcburi olan qərar qəbul edilir.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

Pos-terminal yoxsa “kartdan-karta köçürmə”?

Yəqin ki, mağazalarda, yaxud iaşə obyektlərində ödənişin karta köçürmə vasitəsilə həyata keçirilməsi tələbi ilə qarşılaşmısınız. Bəs bu tələb qanunidirmi? Quraşdırılmış POS-terminalın sahibkarlar tərəfindən istifadə edilməməsi vergidən yayınmaq məqsədi daşıyır və son nəticədə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, kartdan-karta köçürmələrdə alıcıya çek təqdim olunmur və bununla da, o, gələcəkdə hüquqlarını tələb etmək, “ƏDV geri al” funksiyasından istifadə etmək hüququnu

Davamını oxu »

“Kredit borcunu ödəmədiyim halda məni hansı məsuliyyət gözləyir?”

Borca görə yarana biləcək məsuliyyət kredit müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir. Əgər kredit müqaviləsində zamin göstərilmişdirsə, borc həm zamindən, həm də borcludan tələb edilə bilər. Həmçinin kreditlə bağlı girov kimi hər hansı əmlak göstərilmişdirsə, həmin əmlak məhkəmə qərarı ilə müsadirə edilə bilər. Borc könüllü qaydada ödənilməzsə, borcverənin bununla bağlı məhkəmədə iddia qaldırmaq hüququ da var. Məhkəmə qərarı könüllü şəkildə icra

Davamını oxu »

“Kredit götürərkən nömrəsi banka təqdim edilən şəxslər zamin hesab olunurmu?”

Zaminlik hüquqi olaraq yalnız tərəflərin yazılı razılığı əsasında qüvvəyə minir. Yəni hər hansı bir şəxs yalnız öz yazılı razılığı ilə zamin ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Razılıq olmadan heç bir şəxs kredit alanın borcu üçün zamin kimi qeydə alına bilməz. Bu isə o deməkdir ki, kredit alanın telefon nömrəsini verdiyi şəxslər,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.