Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti aşağıdakı hallarda müəyyən edilmir:
- yaşı 18-dən az olan şəxslərlə;
- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
- hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
- təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
- ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
- 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.