“Borc vermişəm, qaytarılmır. Nə etməliyəm?”

Verilmiş borcun məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmayıbsa, borcverənin icra barədə tələbini almış borcalan 1 ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir.

Bəs yazılı müqavilə yoxdursa, bu halda borcun həqiqətən verilməsi məhkəmədə necə sübut edilə bilər?

Şifahi qaydada bağlanan borc müqaviləsi məhkəmədə əlavə sübutlarla (şahidlərin ifadələri, tərəflər arasında borcla bağlı yazılı hər hansı sübut) təsdiq edilə bilər.

Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, şəxs tərəfindən qarşı tərəfin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması şəxsi toxunulmazlıq hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz. Başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi qanunsuz sübutdan istifadə edilməsi anlamına gəlmir.

Bir sözlə, əgər borcun verilməsi ilə bağlı sizin qarşı tərəflə hər hansı yazışmanız varsa, (məsələn WhatsApp yazışması) bu yazışma məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilər. Səs yazısı, telefon danışıqlarının isə təklikdə sübut qismində mötəbərliyi qarşı tərəfin montaj olunduğunu iddia etməsi və s. kimi hallar nəticəsində şübhə altına alına bilər.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”

Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər.  Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti

Davamını oxu »

“İmzaladığım müqavilə o qədər kiçik hərflərlə yazılmışdı ki, tam oxuya bilmədim. Bu müqavilə etibarlı sayılırmı?”

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin standart şərtləri o zaman etibarlı sayıla bilər ki, müqavilədə standard şərtlərlə bağlı ayrıca qeyd olsun, digər tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılsın və digər tərəfin həmin şərtlərlə razı oduğu və qəbul etdiyi göstərilsin. Əks halda, müqavilənin hər hansı etibarlılığı olmayacaqdır. Onu da qeyd edək ki, müqavilənin standart şərtləri dedikdə əvvəlcədən işlənib hazırlanan,

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.