Birdəfəlik ödənilən müavinətlərin məbləği nə qədərdir?

“Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 14-cü maddəsi əsasında təyin edilən birdəfəlik müavinətlərin məbləğləri aşağıdakı kimidir:

  • Uşağın anadan olmasına görə müavinət – 500 manat;
  • Dəfn üçün müavinət – vəfat edən şəxs əmək pensiyaçısı olduqda əmək pensiyasının minimum məbləğinin 3 misli (yəni 280*3 = 840 manat), vəfat edən şəxs sosial müavinət, işsizlikdən sığorta ödənişi alan və ya sığorta olunan şəxs olduqda – 500 manat;
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət – 600 manat;
  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət – 300 manat;
  • Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – 200 manat;
  • Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilən müavinət – minimum aylıq əməkhaqqının 4 misli (yəni 345*4 = 1380 manat).
Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

İş vaxtından artıq görülən iş üçün ödəniş edilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: 1)əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; 2)əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Misal çəksək, işçinin aprel

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.