“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10.1.16-cı maddəsinə əsasən, çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində tütün çəkilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, həmin şəxslər 30 manat məbləğində cərimə edilirlər.
Mənəvi zərərin ödənilməsi hansı hallarda tələb edilə bilər?
Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər: Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat