“Bina evində neçə it-pişik saxlamaq qanunla yolveriləndir?”

Qanunvericiliyə əsasən, baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə 1 it və 2 pişik saxlamağa icazə verilir.

İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsinə əsasən, it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə şəxslər 200 manat miqdarında cərimə olunur. Əgər 1 il ərzində bu hal təkrar olunarsa, cərimə 300 manat olur. Bu xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilirlər.

Abunə ol
xəbərdar edin
guest
0 Şərhlər
Daxili Əlaqələr
Bütün şərhlərə baxın

Digər Yazılar

“Qonşumun iti mənə hücum etdi və dişlədi, bu zaman qonşu məsuliyyət daşıyacaqmı?”

Qanunvericiliyə əsasən, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, o cümlədən ev heyvanlarının insanların üzərinə saldırılmasına görə həmin heyvanların sahibləri 200 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, əgər bu əməllər zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və

Davamını oxu »

İstifadə edilməyən məzuniyyət günlərinin əvəzi ödənilməlidirmi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.