Plessi Ferqüsona qarşı

Plessi Ferqüsona qarşı (1896) ?

Dövrün Luiziana qanunlarına görə, qaradərili olan Homer Plessi bir qatara minir və ağdərili sərnişinlər üçün ayrılmış bir vaqonda oturur. Oturduğu yerdən durmaqdan imtina etdikdə isə həbs olunur. Plessi iddia edirdi ki, bütün dəmiryollarında “bərabər səviyədə, lakin ayrı ayrılmış yaşayış yerləri” ilə təmin olunmağı nəzərdə tutan Qanun, onun 14-cü Düzəlişi – bərabər səviyədə müdafiə hüququnu əks etdirən müddəasına əsaslanan hüquqlarını pozur.

Ali Məhkəmənin hazırki işlə bağlı çıxardığı qərara əsasən isə, ağdərililər və qaradərililər üçün “ayrı, amma bərabər səviyyədə” yaşayış yerlərinin ayrılması 14-cü Düzəlişlə ziddiyyət təşkil etmir.

“Böyük müxalif” olaraq bilinən Con Marşall Harlan isə Konstitusiyanın “rəng koru” olduğunu və ABŞ-da təbəqələşmə sisteminin olmadığını yazırdı. O deyirdi: “Bu ölkədə üstün, dominant, hakim vətəndaş təbəqəsi yoxdur; burada kastalaşma yoxdur. Bizim Konstitusiyamız rəng korudur və vətəndaşlar arasındakı sinifləri nə bilir, nə də buna davam gətirir”. Onun bu narazılığına baxmayaraq, həmin qərar növbəti altı onillik üçün “ayrı, lakin bərabər” doktrinasını möhkəmləndirdi.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar

Leave a Reply

Your email address will not be published.