2019-cu il istehsalı və baş rolda bir çoxumuzun tanıdığı Mark Ruffalonun olduğu bu film gerçək və mühüm bir hekayədən götürülmüşdür. Filmdə əslən fransız şirkəti olan, lakin Yeni Dünya Amerikasında genişlənən və kapitalist istehsalının əsas çarxlarından birinə çevrilmiş, 200 ildir ki, fəaliyyət göstərən DuPont şirkəti 2000-ci illərin əvvəllərində ictimai sağlamlığa ciddi təhdiddə ittiham olunur. Səbəb Qərbi Virciniya əyalətindəki Parkersburq şəhərində bir fermerin (Wilbur Tennant) heyvanlarının, fermanın yanında olan təsərrüfatın və çayın (və ailəsinin) DuPont şirkətinin kimyəvi maddələri ilə zəhərlənməsini iddia etməsidir. Bir çox cəhdlərdən sonra Fermer Tennant vəkil Rob Billotla əlaqə yarada bilir, öz problemini onunla bölüşür və özü topladığı sübutları vəkilə təqdim edir. Sonradan, Billotun başlatdığı və illərlə davam edən tədqiqat prosesi yalnız bir fermeri deyil, bütün insanları maraqlandıran bir sağlamlıq qalmaqalına qapı aralayır… Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.