Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən yaşa görə müavinət 73 manatdan 130 manata qədər artırılmışdır. Fərmana uyğun olaraq aprel ayının 1-dən müvafiq sosial müavinətlərin yeni məbləğlərdə verilməsinə başlanmışdır.
