Ana səhifə Hüquqi aktlar

Category: <span>Hüquqi aktlar</span>

Post
Kömək, yoxsa cinayət? Beynəlxalq hüquq nə deyir?

Kömək, yoxsa cinayət? Beynəlxalq hüquq nə deyir?

“Dövlətlərin məsuliyyəti haqqında Maddələr Layihəsi”nin 2-ci maddəsinə əsasən, dövlətin hərəkəti beynəlxalq hüquqla nəzərdə tutulduğu və dövlətin beynəlxalq öhdəliyinin pozulmasını təşkil etdiyi halda məsuliyyət yaradır. Həmin sənədə əsasən, beynəlxalq hüquq dövlətə, onun bu və ya digər strukturlarından, orqanlarından, onlar arasında səlahiyyət bölgüsündən asılı olmayaraq, bütöv anlayış kimi yanaşır. Həmçinin, həmin sənədin 16-cı maddəsinə əsasən, beynəlxalq hüquqa...

Post
Atəşkəs nədir?

Atəşkəs nədir?

“Atəşkəs” termini sözün hərfi mənasında atəşin kəsilməsini nəzərdə tutur. Atəşkəsin rəsmi hüquqi izahı yoxdur, amma onu “üçüncü tərəfin müdaxiləsi nəticəsində hərbi zorakılıq aktlarının müvəqqəti dayandırılması” kimi təsvir etmək olar. Atəşkəs silahlı münaqişənin daha əhatəli və daimi həllinə nail olmaq üçün tətbiq olunur.Azərbaycan və Ermənistan şənbə günü saat 12:00-dan başlayaraq Azərbaycan və Ermənistan qoşunları arasında münaqişədə həlak...

Post
Ali Məhkəmədə “Elektron Məhkəmə” işçi qrupu yaradıldı

Ali Məhkəmədə “Elektron Məhkəmə” işçi qrupu yaradıldı

İşçi qrupu Ali Məhkəmənin fəaliyyətinin səmərəliliyinin artırılmasını, qurumda informasiya texnologiyalarının daha geniş tətbiq edilməsini, bu sahədə strateji inkişafın təmin olunmasını həyata keçirəcək. Həmçinin “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq, operativliyin təmin edilməsi də işçi qrupunun qarşısında qoyulan məqsədlərdəndir. İşçi qrupunun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini...

Post
İnzibati Xətalar Məcəlləsindəki yüngülləşdirici hallar kimlərə tətbiq olunmalıdır?

İnzibati Xətalar Məcəlləsindəki yüngülləşdirici hallar kimlərə tətbiq olunmalıdır?

İnzibati Xətalar Məcəlləsinin (İXM) 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: – inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; – inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; – inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi; – inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti...

Post
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib

Qanuna əsasən, 1. 211.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin: “fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə...

Post
“AZAL” səmanı bütün aviaşirkətlər üçün açdı!

“AZAL” səmanı bütün aviaşirkətlər üçün açdı!

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.Bu, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd edilib ki, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40...

Post
İlkin mediasiya sessiyasında iştirak tələb olunacaq

İlkin mediasiya sessiyasında iştirak tələb olunacaq

2020-ci il iyulun 1-dən başlayaraq iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Nazirlər Kabinetinin 15 iyul qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat; əmək...

Post
“Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Fərman

“Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Fərman

6 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Fərman imzalanmışdır.Artıq sahibkarlar dövlətə məxsus olan hüquqi şəxsin qərarlarından həmin hüquqi şəxslərdə yaradılacaq apellyasiya şuralarına, sonra Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə biləcəklər.