“Belmarş” kazusu

Milli təhlükəsizlik və vətəndaş azadlıqları arasındakı sərhədi “Belmarş qərarı” olaraq bilinən qərardan daha yaxşı təyin edən müasir bir qərar yoxdur. Doqquz hakimin səs çoxluğu ilə 2004-cü ildə qəbul edilən qərar həm qanunun aliliyini, həm də insan hüquqlarını qoruyan hakimlər üçün vacib bir addım oldu.

Bəs bu qərarın qəbul olunmasına səbəb nə idi? Belə ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən sonra Birləşmiş Krallıq elə həmin il “Terrorçuluğa qarşı mübarizə, Cinayət və Təhlükəsizlik Aktı”nı qəbul etmişdi. Bu akt Birləşmiş Krallıq hökumətinə ingilis olmayan və terrorizmdə iştirakdan şübhəli hesab olunan şəxsləri həbs etmə və onlar deportasiya olunana qədər həbsdə saxlamaq hüququnu verirdi.

Məsələ burasında idi ki, Belmarş həbsxanasında saxlanılan bu şübhəlilərin hər biri işgəncə tətbiq edilən ölkələrdən gəlmişdilər və onların deportasiya olunması onları bu işgəncələrlə üz-üzə qoymaq mənasına gəlirdi. Bu isə birbaşa olaraq, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması demək idi. Məhz bu səbəbdən, Birləşmiş Krallıq hökuməti deportasiyayla bağlı protokolu icra edə bilmədi və bunun əvəzində, həmin şəxsləri qeyri-müəyyən müddətə qədər həbsdə saxlamağı qərara aldı. Lakin hökumət onların işgəncəyə məruz qalmama hüquqlarına hörmət etməklə və öz ölkələrinə göndərməməklə daha bir insan hüququnu – onların azadlıq hüququnu pozmuş olurdu.

Əhali leyborist hökümətinin terror şübhəlilərinin ittiham olunmadan müddətsiz tutulması ilə bağlı qərarına qarşı çıxıb, onu qanunsuz və ayrıseçkilik elan etdi. Lord Hoffman “Millətin həyatı üçün əsl təhlükə terrorizmdən deyil, bu kimi qanunlardan gəlir” deyərək, qərara etiraz etdi.

Amma bütün bunlar heç də məhbusların azadlığa buraxılacağı demək deyildi. Məhkəmə “Terrorçuluğa qarşı mübarizə, Cinayət və Təhlükəsizlik Aktı”nı qanunsuz hesab etsə də, hakimiyyət bölgüsünə əsasən, onu ləğv etmə və ya icra etməmə hüququna malik deyildi. Beləliklə, Lordlar Palatasının yeganə edə biləcəyi şey Birləşmiş Krallığın aktlarının Avropa Birliyinin insan hüquqları standartlarına uyğun olmadığını bəyan etmək və aktın ləğv olunması üçün hökumətə təzyiq etmək oldu.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.