“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib

6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və “ProDemos – Xalq üçün”ün birgə təşkilatçılığı ilə həyata keçirilən “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin  açılış mərasimi keçirilib.

ADA Universitetində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin layihələr üzrə meneceri Ülkər Suleymanova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə və “ProDemos-Xalq üçün”ün rəhbəri Səbinə Zülfiyeva çıxış ediblər.

Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunverciliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir.

Layihə çərçivəsində iştirakçılara Vəkillər Kollegiyası üzvlərinin təqdimatında 1 aylıq təlimlər keçiriləcək və imtahandan uğurla keçmiş iştirakçılar 2 ay müddətində həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər.

Abunə ol
xəbərdar edin
guest
1 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
İsmayıl
İsmayıl
3 ay əvvəl

Uğurlar

Digər Yazılar

“ProDemos – Xalq üçün” layihəsinin təşkilatçılarından biri olduğu intellektual oyun keçirilib

4 may 2024-cü il tarixində ELSA Azərbaycan Məzunlar Cəmiyyəti, ELSA Azərbaycan, AzSAB təşkilatlarının və “ProDemos – Xalq üçün” layihəsinin birgə təşkilatçılığı, “Hangame” intellektual oyunlar platformasının tərəfdaşlığı ilə “Corporate Clash” intellektual oyunu baş tutmuşdur. Qeyd edək ki, intellektual oyun ELSA-nın yaranmasının 43-cü ildönümünə həsr olunmuşdur. İntellektual oyunun qalibi “2015/16 Legends” komandası olmuşdur. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik.

Davamını oxu »

Hüquqi maarifləndirmədə iştirak üçün müraciətlər açıq elan edilir

“ProDemos-Xalq üçün” layihəsi vətəndaşların hüquqi maarifləndirməsini Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıqla, həmçinin maarifləndirici qısa videolar vasitəsilə həyata keçirəcəkdir. Videolarda vəkillər seçilmiş hüquqi mövzularda vətəndaşlara sadə dildə izahlar təqdim edəcəklər. Bu fəaliyyətdə könüllü olaraq iştirak etmək istəyən vəkillərdən aşağıdakı formu doldurmalarını xahiş edirik: https://docs.google.com/forms/d/e/1FAIpQLSfd4YIBhTi-MKJwSdM99hwNAohqqkHMTlkbRXLB9cfuODkR3A/viewform?usp=sf_link Əlavə hər hansı sualınız olduğu təqdirdə, [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Davamını oxu »

“Hüququn fəlsəfi problemləri” mövzusunda master-klas keçirilib

04.07.2022 – 09.07.2022-ci il tarixlərində Erkin Qədirlinin təqdimatında “Hüququn fəlsəfi problemləri” mövzusunda master-klas keçirilmişdir. Tədbirdə iştirakçılarla hüquq elmindəki ontoloji, epistemoloji, fenomenoloji, etik problemlər və məntiqi problemlər müzakirə olunmuş, sonda iştirak edən şəxslərə sertifikat təqdim edilmişdir.

Davamını oxu »

Ödənişsiz hüquqi yardım

Hörmətli vətəndaş,

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, əsas məqsədlərindən biri dairəsi qanunvericiliklə müəyyən edilən həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi olan “ProDemos-Xalq üçün” olaraq sizə dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququnuzdan istifadə etməyiniz üçün dəstək ola bilərik.

Bunun üçün “Ödənişsiz hüquqi yardım” pəncərəsinə klikləyərək müvafiq məlumatları doldurmağınız kifayətdir.