“Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 14-cü maddəsi əsasında təyin edilən birdəfəlik müavinətlərin məbləğləri aşağıdakı kimidir:
- Uşağın anadan olmasına görə müavinət – 500 manat;
- Dəfn üçün müavinət – vəfat edən şəxs əmək pensiyaçısı olduqda əmək pensiyasının minimum məbləğinin 3 misli (yəni 280*3 = 840 manat), vəfat edən şəxs sosial müavinət, işsizlikdən sığorta ödənişi alan və ya sığorta olunan şəxs olduqda – 500 manat;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət – 600 manat;
- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət – 300 manat;
- Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – 200 manat;
- Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilən müavinət – minimum aylıq əməkhaqqının 4 misli (yəni 345*4 = 1380 manat).