Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır. Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə, əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
“Məişət zorakılığına məruz qalmışam, nə edə bilərəm?”
Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti