Əgər ər və arvadın nikahına xitam verilmişdirsə, onlar bir-birinin vərəsəsi ola bilməzlər. Bəs şəxslərin nikahına sadəcə faktiki olaraq xitam verilmişdirsə, onlar bir-birinin qanun üzrə vərəsəsi ola bilərlərmi?
Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından (yəni şəxin ölümündən) azı 3 il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Bəs ailə münasibətlərinə faktiki şəkildə xitam verilməsi dedikdə nə nəzərdə tutulur? Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, faktiki xitam dedikdə şəxslərin birlikdə ailə münasibətinin davam etdirilməsini istəməmələri, birgə təsərrüfat fəaliyyətini aparmamaları nəzərdə tutulur.