Yükdaşıma şirkəti ilə yüklərin daşınması barəsində müqaviləniz mövcuddursa və yükün zədələnməsi əşyanın qəbul edilməsi və onun daşınması arasındakı vaxtda baş vermişdirsə, sizin dəymiş zərərin əvəzinin ödənilməsi barəsində iddia qaldırmaq hüququnuz mövcuddur.
Əgər yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərən və ya yük alanın təqsiri və ya göstərişi, daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısının alınmasının mümkün olmaması kimi müstəsna hallar mövcud deyildirsə, şirkət hər bir halda işçisinin təqsirinə görə məsuliyyət daşıyır. Bu halda siz dəymiş zərərin əvəzinin ödənilməsini yükdaşıma şirkətindən tələb etməlisiniz.