Konstitusiyamıza əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüquqlarına aktiv və passiv seçki hüququ aid edilir. Aktiv seçki hüququ seçmək, passiv seçki hüququ isə seçilmək hüququdur.
Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər istisna olmaqla, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı seçkilərdə iştirak edərək öz səsvermə hüququndan istifadə edə bilər. Lakin səsvermə hüququ olan şəxslərin dairəsi yalnız vətəndaşlarla məhdudlaşmır. Belə ki, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər də Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermə hüququna malikdirlər.
Əgər siz də qeyd olunan şəxslər dairəsinə aidsinizsə, sözügedən seçkilərdə aktiv seçki hüququnuzdan istifadə edə bilərsiniz.