Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, hüquqi şəxsin filial və nümayəndəliyi və ya hər hansı struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından, müvafiq məhkəmə mübahisələrində hüquqi şəxsin adından yalnız əsasnamə və ya etibarnamədə nəzərdə tutulduğu halda çıxış edə bilər.
Qeyd edək ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik, onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır.
Mülki prosessual fəaliyyət qabiliyyətinə malik olma dedikdə isə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti nəzərdə tutulur.
İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli Qərarı.