Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından onun razılığı olmadan (akseptsiz qaydada) tutmanın aparılması mümkündür. Bununla birlikdə, Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və məzmunu nəzərə alınmaqla, bu tutma əmək haqqının 50%-i həddini aşmamalıdır.
İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli Qərarı.