Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən, kreditora borclunun əməkhaqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada (yəni əlavə razılığı olmadan) pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır.
Belə ki, indiyə qədər banklar aralarında bağlanmış müqaviləyə istinad edərək kredit borcunun ödənilməsi üçün borclunun əməkhaqqının tam hissəsinə tutma yönəldirdilərsə, bundan sonra bu mümkün olmayacaq.
İstinad: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli Qərardadı.