Ssenari müəllifi Vahid Naxış, rejissor Vahid Mustafayev. İki gənc – Əliəkbər və Günel ərizə verib Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirməyi qərara aldıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa – Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını öyrənir. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin, yoxsa dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir… Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.