Vorsester Corciyaya qarşı

1828-ci ildə Corciyada yerlilərin torpağında yerlilərdən başqa insanların yaşamağı qanunla qadağan edən edildi.

Missioner Samuel Vorsester, yerlilərin torpağında yaşamış və lisenziya üçün müraciət etməkdən imtina etmişdir. O, həbs edildikdən sonra apellyasiya və kasassiya şikayəti verərək, Corciyanın yerli amerikalıların yurisdiksiyasında olmadığı üçün onun konstitusional hüquqlarının pozulduğunu iddia etmişdir.

Ali Məhkəmənin qərarına əsasən, Çeroki millətinin suveren “ayrı cəmiyyət” olduğu qərara alınmışdır.
Beləliklə, Corciyanın ağdərili insanlar üçün yerli amerikalıların torpağında yaşamağı qadağan edən qanununu ləğv edilmiçdir.

Bu qərarın xüsusi əhəmiyyəti ondadır ki, qərar tayfalar, ştatlar və federal hökumət arasındakı münasibətləri tənzimləmişdir. Belə ki, artıq hər bir Ştat ilə əlaqə Federal Proses səviyyəsində oldu və hər bir Ştat Amerika Birləşmiş Ştatları ilə münasibətlərində nisbi suverenlik hüququ qazandılar.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas#Baku#Azərbaycan

Leave a Reply

Your email address will not be published.