2015-ci il istehsalı olan bu filmdə, “Nyu-York Tayms” qəzetinin yazıçısı Maykl Finkl adi bir iş günündə qarşılaşdığı bir qəzetdən heyrətə gəlir. Xəbərə görə, bütün ailəsini öldürdüyü üçün axtarılan Kristian Lonqo adlı bir gənc Meksikada tutulmuş, lakin tutulmaqdan qaçarkən özünü “Nyu-York Tayms” qəzetinin yazıçısı Maykl Finkl kimi tanıtmışdı. Ertəsi gün isə “Tayms” redaktorları tərəfindən yazılmış və yayımlanmış başqa bir qeyd olduqca maraqları cəlb edir. Qəzetdəki xəbərlərə görə, Maykl Finkl işdən qovulur. Ancaq o, həbsxanaya göndərilən Lonqonun danışmağa razı olduğu yeganə jurnalistdir. Beləliklə, Finkl doğru hekayəni tapmaq üçün həbsxananı axtarmağa və onun şəxsiyyətini oğurlamış Lonqo ilə görüşməyə razılaşır. Daha sonra bu ikilinin arasında qəribə bir münasibət başlayır. Finklın böyük bir pərəstişkarı olduğunu söyləyən Lonqo, bu hekayənin əslini izah etməyə razılaşır, bunun əvəzində isə Finkl ona yazı dərsləri verəcəkdir. Qeyd edək ki, filmin rejissoru Rupert Quld olmuşdur, baş rollarda isə Ceyms Franko və Cona Hil çıxış edir. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.