Hər kəsin “Dəmir adam” kimi tanıdığı Robert Downey Jr.’nin baş rolda olduğu 2014-ci il istehsalı olan bu film hüquq və ədalətlə bağlı bir film kimi görünsə də, eyni zamanda tamaşaçıları bir ailə dramının içərisinə sürükləyir. Filmdə Hank Palmer parlaq kariyerası olan, Çikaqoda yaşayan bir vəkildir. Öz həyatına başı qarışmış bu vəkil mühüm bir məhkəmə işi ərəfəsində, onun doğulduğu yer Carlinville qəsəbəsi ilə yeganə bağı olan və burada yeganə əlaqə saxladığı insanın – anasının ölüm xəbərini alır. Anasının dəfni üçün doğulduğu qəsəbəyə qayıdan və burada o qədər də xoş qarşılanmayan Halk tezliklə Çikaqoya qayıtmağa çalışır. Amma hadisələrin gedişi onu burada qalıb 42 il hakimliklə məşğul olan atasını məhkəmədə müdafiə etməyə məcbur edir… Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.