1993-cü il istehsalı və baş rolda Tom Cruise’un rol aldığı bu amerikan filmi John Grisham’ın eyniadlı romanına əsasən çəkilmişdir və gənc bir hüquqşünasın karyerasında olan ağıl oyunlarının və hüquq sistemindəki hüquqsuzluqların göstərildiyi bir filmdir. Filmdə Mitch McDeere Harvard universitetindən yenicə məzun olmuş bir hüquqşünasdır və Nyu-York və Çikaqoda bir çox tanınmış hüquq şirkətlərindən iş təklifi almışdır. Lakin Memfisdə olan kiçik bir hüquq şirkəti digərlərindən daha yaxşı şərtlərlə iş təklifi etdiyinə görə, Mitch həyat yoldaşı ilə birlikdə Memfisə getməyə qərar verir. Onların həyatında hər şey qısa zamanda dəyişir, son model bir Mersedes, yeni ev, yüksək maaş və s. Ancaq işləməkdən həyatı kabusa dönmüş Mitch şirkəti araşdırmağa başlayır və detalları gördükcə, böyük bir bəlanın içərisində olduğunu, yaşadığı həyatın özünə aid olmadığını öyrənir… Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.