“Şüşədəki ilbiz” kazusu

1932-ci ildə xanım Donoq zəncəfilli pivəsinin kifayət qədər cəlbedici olmadığını hesab etdikdən sonra müasir səhlənkarlıq qanunu tətbiq edilməyə başlandı. Belə ki, o, pivəsində çürümüş ilbizlə qarşılaşmışdı, buna görə də qanun hüquq tələbələri arasında “şüşədəki ilbiz” olaraq da bilinir.

Lakin qanun Lord Atkinin məşhur “qonşu prinsipi” adı ilə daha çox məşhurdur. Məsələ burasındadır ki, pivəni alan şəxs xanım Donoqun dostu idi, buna görə də iddia qaldırmaq hüququ yalnız onun dostuna məxsus idi. Lordlar Palatası isə bu problemi müştəriyə xidmət zamanı baş verən səhlənkarlığın məhz kafe sahibi və zərərçəkən müştəri arasında olduğunu bildirərək və məsuliyyəti kafe sahibinin üzərinə qoyaraq həll etdi. Bu prinsip bir-birimizə münasibətdə öhdəliklərimiz olduğu üçün təsəvvür edə biləcəyimiz insanlara zərər verməmək məqsədilə hərəkətlərimizə ağlabatan şəkildə diqqət etməli olduğumuzu müəyyən etdi. Baş verən qəzaların və xəsarətlərin əbədi olaraq iddia və kompensasiya ilə əvəzinin ödənilməsi təmin olundu.

Sonda Lord Atkinin bu prinsipə dair məşhur sözlərini yada sala bilərik: “Siz hər zaman qonşunuza zərər verə biləcəyini öncədən düşündüyünüz hərəkət və ya hərəkətsizliklərin qarşısını almaq üçün diqqət göstərməlisiniz. Bəs qanuna görə mənim qonşum kimdir? Belə ki, onlar fikrimi bu cür hərəkətlərə yönləndirdiyim zaman nəzərə almalı olduğum insanlardır, hansı ki, mənim hərəkətlərimdən birbaşa və ya dolayı yolla təsirlənə bilərlər”.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.