Litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan, 2015-ci il istehsalı olan sənədli filmi. Ailəsi gözləri önündə öldürülən insanın beynindən nələr keçir? Müharibədə əsir olmaq və işgəncəyə məruz qalmaq nədir? 50 qonşusunun həyatını xilas edən, lakin həyat yoldaşını itirən və sonrakı ayları əzablı əsirlikdə keçən bir musiqiçi düşünün. Müharibəni işıqlandıran, lakin həqiqəti gizlədən və qəhrəman olan bir rus jurnalistin köməyi olmasaydı, yeni doğulmuş qızını az qala itirən bir ana düşünün. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 28 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları – erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı müasir əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.