Sənət azadlığı

“9 yaşlı qız alman oğlan xorunu gender qərəzinə görə məhkəməyə verir”.

Almaniyada məhkəmə 9 yaşındakı bir qızı oğlan xoruna götürməyən Dövlət Xoruna haqq qazandıran qərar verdi. Məhkəmə Dövlət Xorunun qərarını sənət azadlığı çərçivəsində qiymətləndirdi. 9 yaşlı qızı, 500 ildir ki, yalnız oğlanların qəbul edildiyi Dövlət Xoruna qəbul etməyən xor rəhbərliyini haqlı qəbul edən məhkəmə bu qərarın hüquqa zidd olmadığına qərar verdi.

Məhkəmə öz qərarını belə əsaslandırdı: “Xorun akustik tərzi sənət azadlığının bir parçasıdır”.
Berlindəki Sənət Universitetinin nəzdində olan xorda 250 oğlan uşağı ilə 75 gənc oğlan da təhsil alır. Məhkəmə qızların səs rənginin həmin xora uyğun olmadığı təqdirdə oğlanlardan ibarət xora qatılma müraciətinin rədd edilə biləcəyinə qərar verərkən, konstitusiyanın sənət azadlığını qoruma altına alan 5-ci maddəsinin öncəlik təşkil etdiyinə diqqət çəkdi.

”Cinsiyyət ayrıseçkiliyi” etirazı üstündə üç saat çəkən məhkəmə iclasında 9 yaşındakı qızın həm anası, həm də vəkili Suzan Breklayn rədd qərarının cinsiyyət ayrıseçkiliyi olduğunu söyləmiş, universitetin cinsiyyət ayrıseçkiliyi etmədən musiqi təhsilinə fürsət tanımalı olduğunu müdafiə etmişdi. Qızın rəddedilmə səbəbinin onun bacarığı ilə əlaqədar olmadığını iddia edən Breklayn, onlara göndərilən yazıda “Müraciətinizin qəbul edilməsi mümkün deyil. Əsla bir qız oğlan xoruna qəbul edilməyəcəkdir. Səs rəngi uyğun deyil” kimi ifadələrin qeyd edildiyini nəzərə çatdırmışdır.

Məhkəmə iclasında qarşı tərəf kimi iştirak edən xor direktoru Kay-Uve Yirka isə anatomik fərqliliklər səbəbi ilə oğlan xorunun özünəməxsus səs rənginə sahib olduğunu və müraciət edən 9 yaşlı qızın səsinin uyğun olmadığını bildirdi. Rədd edilmə qərarına cinsiyyətin deyil, qız və oğlan səs rənglərindəki fərqliliklərin səbəb olduğunu vurğulayan xor direktoru: “Bizə müraciət edən hər kəsi dinləyirik. Əgər bir qız oğlan xorunun səs rənginə uyğun olarsa, o zaman xora qəbul edilir” – deyərək qərarını müdafiə etdi.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.