R / Dadli və Stivensə qarşı

“R/ Dadli və Stivensə qarşı” – 1884.

Zəruri müdafiə çox vaxt qəsdən adam öldürməyə aid olduqda istifadə olunmur və biz bunu “R / Dadli və Stivensə qarşı” işində rahatlıqla görə bilərik.

1884-cü ildə içində kapitan Tomas Dadli, köməkçisi Edvin Stivens, matros Edmund Bruks və 17 yaşlı yunqa Riçard Parkerin olduğu yaxta Britaniyadan yola düşdü. Lakin 2 həftə sonra başlayan dəhşətli tufan yaxtanı aşırdı və ekipaj üzvləri kiçik xilasetmə qayığının köməyi ilə xilas ola bildilər. Bədbəxtlikdən, tufan zamanı təşvişə düşən Parker ərzaq dolu yeşiyi və su balonlarını suya salmışdı. Üzvlər əllərində qalan 3-4 konserv qutusunu cəmi 2 gündə bitirdi.

Bu hadisə 5 iyulda baş verir. 17 iyulda onlar şalğamlarını və tuta bildikləri bir tısbağanın hamısını yeyirlər. 24 iyulda Parker artıq susuzluğa dözməyərək dəniz suyu içir və halı pisləşərək koma vəziyyətə düşür.

Artıq seçim etmək lazım idi. Dənizdə əlacsız qalan matroslar arasında insan yemək kimi hallar olduğunu hər kəs bilirdi. Kapitan bu haqda çox düşündü, nəticədə bir nəfər qurban gedəcəkdi. Beləliklə, gənc yunqanın neçə gündür ki, huşsuz vəziyyətdə olması onun taleyini həll etdi.

Yaşamağın başqa yolunun olmadığını başa düşən Dadli və Stivens Parkeri öldürdü. Əvvəlcə, Bruks buna qarşı çıxsa da, daha sonra onun özü də daxil olmaqla, üzvlər sağ qalmaq üçün hannibalizmə əl atdılar. 29 iyulda onlar xilas edildi.

Britaniyaya qayıtdıqdan sonra bu hadisə haqqında qalmaqallı məqalələr yazıldı. Dadlinin ekipajının məhkəməsi olacaqdı.

Məhkəmə vaxtı gəldikdə, ictimai rəy Dadli və Stivensə qarşı kifayət qədər rəğbətli idi. Ədalət isə, əksinə, zəruri müdafiəni qəbul etmirdi. Üç nəfərin xilası üçün birinin yeyilməsi – bunun doğru, yaxud yanlış olduğuna qərar vermək çətin idi.

Nəhayət, məhkəmə ortaq bir qərar qəbul etməyi bacardı. Dadli və Stivens cinayətdə təqsirli bilindi. Əvvəlcə, onlar haqqında ölüm hökmü çıxarılsa da, apellyasiya şikayətindən sonra ölüm hökmü 6 aylıq həbs (katorqa) cəzası ilə əvəzləndi.

Bu hadisədən sonra, Stivens öz ağlını itirdi. Bruks ömrünü vicdan əzabı ilə başa vurdu. Artıq “Hannibal Tom” ləqəbi verilən Dadli isə, ömrünün sonuna kimi Parkerin ailəsinə yardım göndərdi.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.