“Quzuların səssizliyi” (“The Silence of the Lambs”) 1991-ci ildə müəllif Tomas Harrisin eyni adlı romanı əsasında rejissor Conatan Demmi tərəfindən çəkilən psixoloji triller filmidir.

Film 1992-ci ildə 7 Oskar mükafatına namizəd olmuş, rejissoru və baş rol aktyorlarına (Codi Foster və Entoni Hopkins) qızıl heykəlciyi qazandıraraq “Ən yaxşı film” və “Ən yaxşı ssenari” kimi mükafatlara layiq görülmüşdür.

Filmdə yenicə məzun olmuş gənc FTB agenti Klaris Starlinq qurbanlarının dərisini üzən naməlum bir qatilin əlindən bir qadını xilas etməyə çalışır. Klaris qatili yaxalamaq üçün həm manyak, həm də məşhur professor olan Hannibal Lekter ilə yaxınlaşır və onun zehninin dərinliklərinə enərək qətllərlə bağlı ipucları toplamağa çalışır. Lekterdən məlumat almaq üçün isə ilk öncə onun güvənini qazanması lazımdır.

Xoş izləmələr!

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birfilm#thesilenceofthelambs#hüquq#ədalət#xalqüçün#qanun#məhkəmə#dövlət#hüquqşünas

Leave a Reply

Your email address will not be published.