1998-ci ildə Ağarəhim Rəhimovun “Gəlinqayada qoşa məzar” povesti əsasında çəkilmişdir. Filmdə Qarabağ müharibəsində ermənilərə əsir düşmüş şəxslərin başına gətirilən işgəncələr əks etdirilir. Filmin rejissoru Mərahim Fərzəlibəyovdur. Rollarda Məleykə Əsədova, İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə Sadıqova və başqaları çəkilmişdir. Bu filmdə Xocalı ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır. Filmin rejissoru xüsusilə qeyd edir ki, ermənilər qaniçən olduqları qədər də özlərinin yazıq obrazlarını daim dünyaya təqdim ediblər, biz isə belə bir faciə ilə üz-üzə qaldığımız halda, təəssüf ki, hələ də bu barədə dünyanı kifayət qədər xəbərdar edə bilməmişik. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.