Qadınların seçim hüququ

Roe v. Wade, 1973.

“Konstitusiya ilə nəzərdə tutulan məxfilik hüququ abort məsələsində qadının seçim hüququnu qoruyur”.

1969-cu ildə Norma MakKorvi adlı qadın Texasda abort etdirmək istəmiş, lakin əyalət qanunlarına görə istəyi rədd edilmişdi, çünki abort ananın sağlamlığı təhlükə altında deyilsə, qanunla qadağan olunurdu. O, bu məsələnin həlli üçün hüquqşünaslara müraciət etdi və əyalət məhkəməsində iddia qaldırıldı. Burada Normanın lehinə qərar verildikdən sonra isə, Texas Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinə qərarın apellyasiya qaydasında baxılması üçün müraciət etdi.

Məhkəmə, qadının müstəqil seçim hüququnu özündə ehtiva edən 14-cü dəyişikliyi nəzərə alaraq, bunun Konstitusiyaya zidd məhdudlaşdırma olduğunu əsaslandırdı və 1973-cü ildə qadınların seçim hüququnu təmin edən yeni qərar qəbul etdi. Lakin rəydə deyilirdi ki, bu, mütləq qərar deyil və hökumət qadının sağlamlığını qorumaqda maraqlı olarsa, balanslaşdırılmış qərar verilməlidir.
Belə ki, ilk üçaylıqda abort heç bir halda qadağan oluna bilməzdi, 2-ci üçaylıqda hökumət müəyyən sağlamlıq arayışlarını tələb edə bilərdi, 3-cü üçaylıqda isə, qanun ananın həyat və sağlamlığının təhlükədə olduğu halları istisna etdiyi üçün, abortun qadağan olunması mümkün idi.

Beləliklə, dövlət abort qaydaları üçün yeni təlimatlar müəyyən edərək, qadının yalnız hamiləliyin sonrakı mərhələlərində seçim hüququnu məhdudlaşdıra biləcəyini qeyd etdi.

Nəticədə, qadınların seçim hüququ “əsas hüquq”lardan birinə çevrildi və Məhkəmə bundan sonra etiraza səbəb ola biləcək abort qanunlarının ABŞ-da ən yüksək məhkəmə baxışı qaydası hesab olunan “ciddi yoxlanış” standartı altında baxılmasını təmin etdi.

Daha sonra dəyişdirilmiş, lakin ləğv edilməmiş qərar, hələ də Məhkəmənin ən mübahisəli qərarlarından biri olaraq qalır.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.