Ssenari müəllifi Elxan Nəbiyev və Elçin Musaoğlu, rejissoru Elçin Musaoğlu olan film. “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar. Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.