Mühafizə orderi nədir və necə tətbiq olunur?

Mühafizə orderi nədir və necə tətbiq olunur?

•Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.

•Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı zorakılıq törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə zərər çəkmiş tərəfindən müraciətin edilməsindən 24 saat keçənədək yazılı xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.

•Qısamüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:
1) məişət zorakılığının təkrar törədilməsi;
2) zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
3) zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

•Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən,zərər çəkmiş şəxsə məhkəmə qərarı ilə 30 gündən 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilir.

#ProDemos#AzerbaijaniBarAssociation#ELSAAzerbaijan

Leave a Reply

Your email address will not be published.